Televizorlar

TCL dünyanın ən böyük QD-Mini LED televizorunu təqdim etdi, Qiyməti……

Çində yerləşən texnologiya istehsalçısı TCL dünyanın ən böyük QD-Mini LED televizorunu təqdim edib. TCL X11G Max adlanan model 115 düymlük 4K displey və bir çox qabaqcıl texnologiyalara malikdir.TCL brendi məhsul çeşidini genişləndirməyə davam edir. Çin şirkəti QD-Mini LED paneli ilə təchiz edilmiş dünyanın ən böyük televizorunu təqdim edib. TCL X11G Max adı altında təqdim edilən model QD-Mini LED texnologiyası ilə 115 düymlük 4K ULTRA HD displey daşıyır .Qeyd edək ki, sözügedən panel 5000 nit maksimum parlaqlığı və 20 000- dən çox müstəqil regional qaralma zonası ilə seçilir . Ekranın ekran yeniləmə sürəti 144 Hz olaraq açıqlandı . Televizor həmçinin yüksək görüntü keyfiyyətini təmin edən HLG, HDR10+ və Dolby Vision-u dəstəkləyir.

TCL X11G Max dinamik səhnələri göstərərkən bulanıqlığı kompensasiya etmək və təsvirin axıcılığını artırmaq üçün MEMC texnologiyasından istifadə edir . O , həmçinin TÜV Rheinland sertifikatına malikdir. Bu da onun göz sağlamlığına böyük əhəmiyyət verən bir model olduğunu göstərir.

Dördnüvəli prosessor və təsviri təkmilləşdirmə çipi

Ağıllı televizorun kontrast nisbəti 7000:1 və cavab müddəti cəmi 1ms təşkil edir . Onun mərkəzində dörd Cortex-A73 nüvəsinə əsaslanan TCL LingYao M2 prosessoru dayanır . Bu, görüntü keyfiyyətinin yaxşılaşdırılmasına cavabdeh olan TXR Mini LED çipi ilə müşayiət olunur . 4 GB RAM və 128 GB yaddaşı da unutmayaq.

TCL X11G Max-ın səs performansı 240 Vt gücündə və ikili sabvuferli Onkyo 6.2.2 Hi-Fi səs sistemi ilə təmin edilir . Bağlantı interfeyslərini dörd HDMI 2.1 portu, USB 3.0, USB 2.0 portu və Wi-Fi 6 kimi sadalaya bilərik . Televiziyanın qiyməti 79 999 yuan ( 11 000 dollar ) təşkil edir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir