Smart Qadjetlər, Smart Saatlar

Apple Watch Ultra 2 təqdim edilib

Apple şirkətinin təqdim etmiş olduğu yeni smart saat təkcə Apple Watch Series 9 olmayıb. Belə ki, şirkət keçən il təqdim edilmiş Apple Watch Ultra-nın ikinci nəslini də təqdim edib. Keçən ilki Watch Ultra ilə müqayisədə Watch Ultra 2 ciddi dəyişikliklər əldə etməyib. Lakin bununla belə yeni smart saat çox parlaq ekranı və bir neçə yeni funksiyanı əldə edib. Prosessor və software funksiyaları baxımından Apple Watch Ultra 2 modeli Watch Series 9 ilə eynidir. Lakin Watch Series 9-dan fərqli olaraq Watch Ultra 2-nin gövdəsi titan materialdan hazırlanıb. Üstəlik sözügedən smart saatın gövdəsində istifadə edilmiş titan material təkrar emal edilmiş materialdır.

Smart saat özündə çox parlaq ekranı birləşdirir. Belə ki, onun ekranının parlaqlıq səviyyəsi 3000 nit təşkil edir. Watch Ultra 2 enerjiyə qənaət rejimində daha çox çalışa bilir. Smart saatdan gündəlik istifadə rejimi çərçivəsində o, 36 saat ərzində çalışdığı halda, enerjiyə qənaət rejimi çərçivəsində bu göstərici 72 saat təşkil edir. Yəni keçən ilki Watch Ultra-nın enerjiyə qənaət rejimi çərçivəsində çalışdığı müddətdən fərqli olaraq Watch Ultra 2 bu rejim çərçivəsində 12 saat daha çox çalışa bilir. Digər bütün özəlliklər baxımından yeni smart saat keçən ilki modeli təkrarlayır. Apple Watch Ultra 2 smart saatı 22 sentyabr tarixində 799$ qiymətində satışa çıxacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir